Mehriban Əliyeva Talassemiya Mərkəzində oldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva Talassemiya Mərkəzində olublar.

Publika.az xəbər verir ki, Birinci
vitse-prezident Mehriban Əliyevaya Heydər Əliyev Fondunun
“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən
Mərkəzdə bugünədək görülən işlər, xəstələrin müalicəsi barədə
məlumat verilib.

Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov 2009-cu ildən
istifadəyə verilən Mərkəzin bu xəstəliyə düçar olanların
müalicəsində mühüm rol oynadığını, xəstələrə və onların ailələrinə
mənəvi baxımdan böyük dəstək olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, Talassemiya Mərkəzində aparılan islahatlar,
talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin
təkmilləşdirilməsi istiqamətində görülən işlər, Mərkəzin
maddi-texniki bazasının gücləndirilməsi üçün hazırlanmış tədbirlər
talassemiyalı xəstələrin müalicəsində, eyni zamanda,
profilaktikasında əhəmiyyətli rol oynayır. Azərbaycan Prezidentinin
imzaladığı müvafiq Fərmana əsasən, Səhiyyə Nazirliyinin tabeliyində
olan Respublika Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusu
verilməsinin Mərkəzin fəaliyyətinin genişləndirilməsi və
talassemiyalı xəstələrlə yanaşı, digər qan xəstələrinə xidmət
göstərilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
Mərkəzdə müalicə olunan uşaqlarla söhbət edərək, onların
müalicəsinin gedişi ilə maraqlanıb. Mehriban Əliyeva səhiyyə və
sosial məsələlərin Heydər Əliyev Fondunun fəaliyyətində prioritet
təşkil etdiyini, bu baxımdan da talassemiyalı xəstələrin
müalicəsinə, o cümlədən bu xəstəliyin profilaktikası üzrə
maarifləndirmə ilə bağlı dövlət səviyyəsində aparılan işlərə öz
dəstəyini verdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir