Dövlət başçısı onların da maaşını artırdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi
Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət
qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif)
maaşlarının artırılması haqqında sərəncamı imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd
edilir ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə
Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki
işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən
orta hesabla 10 faiz artırılsın.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan
irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp