ATƏT/DTİHB-un əsas müşahidə missiyasının tərkibində 11 beynəlxalq ekspert var



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün Bakıda ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosunun (DTİHB) Səsvermə Prosesini Müşahidə Missiyası
(SPMM) mətbuat konfransı keçirir.

Sechki-2018.az saytının xəbərinə görə, tədbirdə müşahidə
missiyasının rəhbəri xanım Korin Yonker seçki prosesində
fəaliyyətləri barədə məlumat verib.

O qeyd edib ki, ATƏT-ə üzv ölkələr seçkilərin müşahidəsi ilə
bağlı üzərilərinə öhdəlik götürüb: “Bu öhdəlikdən irəli gələrək
Azərbaycan tərəfi ATƏT/ DTİHB-una dəvət göndərib”.

K. Yonker bildirib ki, müşahidə missiyasının tərkibində 11
beynəlxalq ekspert var.

Qeyd edək ki, missiyanın əsas vəzifələrindən biri seçkilərin
müşahidəsinin maksimum geniş olmasını təmin etməkdir.

Xatırladaq ki, ATƏT/ DTİHB-un uzunmüddətli müşahidə missiyası
bugündən fəaliyyətə başlayır. Missiyanın media analitiki Yegor
Tilpunov, rəsmi sözçüsü isə Thomas Rymerdir.

Məlumat üçün nəzərinizə çatdıraq ki, ATƏT/DTİHB-un
qiymətləndirmə missiyası bu ilin fevral ayında Azərbaycanda səfərdə
olub. Qurum büroya aprelin 11-də Azərbaycanda keçiriləcək Prezident
seçkilərinə müşahidə missiya göndərməyi tövsiyə edib. Onların
hazırladığı hesabatda Azərbaycana səsvermə günü seçki prosesini
izləmək üçün 280 nəfər qısamüddətli, 30 nəfər uzunmüddətli
müşahidəçi göndərmək tövsiyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp