Tonqaldan tullanan uşaqlar xəsarət aldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ötən gün axşam Bakının Nəsimi və Yasamal rayonlarında Od
çərşənbəsi münasibəti ilə keçirilən mərasim xəsarətlə
nəticələnib.

2008-ci il təvəllüdlü İsrafilov Səid Elxan oğlu və 2004-cü il
təvəllüdlü Cəlilov Məhəmmədəli Cahangir oğlu çərşənbə günü
münasibəti ilə qalanan tonqalın üzərindən tullanan zaman yanıq
xəsarətləri alıblar.

Hadisələr müvafiq olaraq Alı Mustafayev və İsmayıl Qutqaşınlı
küçələrində qeydə alınıb.

Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp