Ronaldo Çempionlar Liqasında rekordun bir addımlığında



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Real”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldo cari
mövsümdə Çempionlar Liqasında 12-ci qolunu vurub.

“Report” xəbər verir ki, o, 1/8 final mərhələsi çərçivəsində
PSJ-yə qarşı keçirilən cavab qarşılaşmasının 51-ci dəqiqəsində
fərqlənib.

Portuqaliyalı turnirdə ardıcıl olaraq 9 oyunda minimum bir qola
imza ataraq, yarış tarixində eyni nailiyyəti təkrarlayan ikinci
futbolçu olub. Bunadək ÇL-in ardıcıl 9 matçında “Mançester
Yunayted”in sabiq forvardı Ruud Van Nistelroy (2002/03 mövsümü)
fərqlənmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp