Ramiz Mirzəyevin bacısını və yeznəsinin qatilləri saxlanıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Tovuz rayonunda törədilən qətl hadisəsi ilə bağlı yeni
məlumat var.

Fevral ayının 24-də rayonun Mərdan Musayev küçəsində yerləşən
evdə meyitləri tapılan ər-arvad Fərman Məmmədovun və Pakizə
Mirzəyevanın qətlində şübhəli bilinən bir neçə nəfərin ifadəsi
alınıb. Qətl olayında şübhəli bilinənlər arasında Ruhiyə adlı gənc
qadın da var. Qadının Fərman Məmmədovun yaxın qohumu olduğu
deyilir. Şübhəli şəxs kimi saxlanılan digər iki şəxsdən birinin
Fərman Məmmədovun oğlunun dostu olduğu, digərinin isə “Krokodil”
ləqəbli xalça alverçisi olduğu deyilir. Başqa bir şübhəlinin isə
Şəmkir rayon sakini olduğu bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, bu haqda
istintaqda heç bir məlumat yoxdur.

Xatırladaq ki, Pakizə Mirzəyeva AFFA-nın sabiq prezidenti mərhum
Ramiz Mirzəyevin bacısıdır. (musavat)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp