Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb
Tayyip Ərdoğan arasında telefon danışığı olub.

Publika.az “RİA Novosti”yə istinadən xəbər
verir ki, prezidentlər Suriyanın Şərqi Quta bölgəsində yaranmış
böhranı müzakirə ediblər.

Telefon danışığı zamanı R.T.Ərdoğan V.Putini Türkiyə ordusunun
Suriyanın Afrin bölgəsində apardığı əməliyyat barədə
məlumatlandırıb. Prezidentlər həmçinin ikitərəfli əlaqələri, habelə
apreldə İstanbulda Suriyaya dair Rusiya-Türkiyə-İran sammitinin
hazırlıq mərhələsini müzakirə ediblər.

Ərdoğan Suriyada 40-dək hərbçinin ölümü ilə nəticələnən “AN-26”
hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı Putinə başsağlığı
verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp