Ofis şəraitində işləyənləri hansı xəstəliklər gözləyir?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Gün ərzində uzun müddət kompüter qarşısında oturmaq,
havasız ofislərdəki isitmə və soyutma sistemləri və hərəkətsizlik
xroniki xəstəliklərə səbəb olur.

Publika.az-ın Türkiyə mətbuatına istinadən
verdiyi xəbərə görə, rahat iş şəraiti kimi görünən ofislərdə
işləyənlər böyük risk altındadır.

Ofisdə işləyənlərdə bel, boyun, əzələ xəstəlikləri, tromblaşma,
göz xəstəlikləri, qan dövranı xəstəlikləri, psixososial problemlər
və ağciyər xəstəlikləri kimi insan həyatına mənfi təsir edən
xəstəliklər müşahidə edilir.

İlk vaxtlar ağrıkəsicilərlərlə müalicə edilən bu xəstəliklər
xroniki xəstəliklərin xəbərçisi ola bilər. Ağrılara qarşı ən yaxşı
müalicə düzgün oturma, mütəmadi idman hərəkətləri etməlidirlər.

Bel ağrıları

Uzun müddət oturmaq və hərəkətsiz qalmaq bel əzələlərini
zəiflədir, ön və arxa nahiyələrdəki əzələlərin gücünü zəiflədir.
Nəticədə, insanlar onurğa əyriliyi, bel düzləşməsi, kirəclənmə,
əzələ gərilmələri, bel və boyun “qrijası” kimi xəstəliklərdən
şikayətlənirlər.

Ekran xəstəliyi

Son illərin ekran xəstəliyi olaraq adlandırılan (Repetitive
Strain İnjury) kompüterlə işləyənlərdə müşahidə edilir. Onlar qol,
boyun və kürək ağrılarından əziyyət çəkirlər.

Bunun üçün də oturarkən bel stola toxunmalı və bel əzələlrini
qoruyacaq yasdıqdan sitifadə edilməlidir. Oturarkən onurğanın önə
və arxaya əyilməsi və ya yanlara bükülməsi yolverilməzdir.

Kompüterin ekranından uzaq oturmaq lazımdır. Monitor gözdən nə
çox aşağı, nə də çox yuxarı olmamalıdır. Dizlər 90 dərəcədə
olmalıdır, gün ərzində qısa fasilələr verərək əzələləri dincəltmək
lazımdır.

Bilək ağrıları

Bilək və dirsək ağrıları da oturaq həyat tərzinin gətirdiyi
problemlərdən biridir. Buna elmdə Karpal tunel sindromu deyilir.
Oturaq həyat tərzi keçirənlərdə bilək kanallarının xəstəliyi,
karpal tunelin qalınlaşması ilə sinirlərin sıxlaşması müşahidə
edilir. Ona görə də biləklərin barmaqlardan yuxarıda olması tövsiyə
edilir. İşləyərkən biləkləriniz bükülü olmamalıdır. Mousla
klaviaturanın eyni hündürlükdə olmasına diqqət edilməlidir.

Göz problemləri

Kompüter qarşısında oturanlar başlarını və gözlərini uzun müddət
hərəkət etdirmədiklərinə görə, göz quruluğu, hərflərin
bulanıqlaşması, baş ağrıları və s. problemlərlə qaşılaşırlar. Ona
görə də arada bir neçə saniyə fasilə verib, bir nöqtəyə baxmaq
lazımdır. Əllərinizlə gözünüzü bağlayın, bir müddət qaranlıqda
olmaq gözə yaxşı təsir edəcək. Tez-tez göz qırpanda gözlər gözyaşı
ilə islanır və quru qalmır.

Hər saatda bir dəfə 10-15 dəqiqə istirahət etmək, gəzmək tövsiyə
edilir. Açıq pəncərə və ya kondinsioner havası birbaşa işçinin
üstünə gəlməməlidir. Otaqda insanların sayı temperatura təsir edir.
Bu məsələ də diqqətdə saxlanmalı, rütubət 40-65%-i keçməməlidir.
İşıqlandırma nə çox, nə də az olmamalıdır. Ona görə də stollarda
lampalardan istifadə edilməlidir.

Uzun müddət telefon danışıqları zamanı qulaqcıqlardan istifadə
etmək tövsiyə edilir.

Iş yerlərində ideal temperatur 21-22 dərəcədir, 20 dərəcədən
aşağı, 26-dan yuxarı olmamalıdır.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp