“Nar bağı” Türkiyədə nümayiş olundu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyənin Kayseri şəhərində Ərciyəz Universitetinin
Mədəniyyət Mərkəzində “Nar bağı” filmi nümayiş olunub.

APA-nın məlumatına əsasən, tədbirdə ali məktəbin rəhbərliyi,
müəllim və tələbələr iştirak edib.

Filmin nümayişi Ərciyəz Universitetinin İncəsənət bölməsinin
müəllimi Nihal Şengül və ali məktəbin azərbaycanlı müəllimləri
Nigar Əsgərova və Əsli Əliyevanın təşkilatçılığı ilə baş tutub.

Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla izlənib.
Nümayişdən sonra filmin quruluşçu rejissoru İlqar Nəcəflə görüş
keçirilib və o, tamaşaçıların suallarını cavablandırıb.

Sonda Ərciyəz Universitetinin rektor müavini professor Dr.
Karamehmet Yıldız ali məktəbin adından İ.Nəcəfə təşəkkürnamə təqdim
edib.

Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino
şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi bir sıra
beynəlxalq müsabiqələrdə yüksək mükafatlara layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp