İsmayıllıda 28 yaşlı gənc ov tüfəngi ilə özünü vurdu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İsmayıllı rayonunda güllələnmə hadisəsi baş
verib.

Hadisə rayonun Qalacıq kəndində qeydə alınıb. Kənd sakini,
1990-cı il təvəllüdlü Məmmədov Ruslan Valeh oğlu yaşadığı evin
həyətində ov tüfəngindən özünə atəş açaraq sağ döş qəfəsindən güllə
yarası alıb. R.Məmmədov təcili tibbi yardım stansiyasının
avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun ehtiyatsızlıq səbəbindən odlu silahla özünə xəsarət yetirdiyi
bildirilir.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma
aparılır. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp