Hansı bürcdən olan kişi daha sədaqətlidir?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sədaqət dostluq və sevgi kimi münasibətlərdə önəmli yer
tutur. Hər bir qadın da ömrünün sonuna kimi ona sadiq qalacağı və
birgə yaşayacağı kişi arzusundadır.

Publika.az qadınların axtarışlarını
asanlaşdırmaq üçün hansı bürcün kişilərinin daha etibarlı, sadiq
olmasını araşdırıb. Sədaqətlik şkala üzrə 1-3 rəqəmləri ilə
qiymətləndirilib.

Qoç: qızğın baş və ehtiraslı ürək

Sədaqət reytinqi: 2

Qoç bürcünün kişisinə aşiq olmusunuzsa bilin ki, onlar çox
romantik və həssas olurlar. Qoç hiss və duyğularına əmin olduğu
üçün sizin istədiklərinizi həyata keçirməyə söz verir. Lakin
hadisələri qabaqlamayaq. Qoç-istilaçıdır, məqsədinə nail olduqdan
sonra yeni subyektin axtarışına çıxır. Hər halda qoçlar
münasibətlərdə sakit və özünə əmindir. O, yaxşı müdafiəçi, sevən və
etibarlı ər, yaxşı ata və heç də deyilənlərdən geri qalmayan məşuq
ola bilir. Bunları nəzərə alaraq, qoç kişilərinin sədaqətli hesab
etmək olmaz, çünki onlar yeni hisslərə meyllidirlər.

Buğa: başını nadir halda itirə bilər

Sədaqətlik reytinqi: 1

Xarici görkəmdən buğa kişiləri qapalı görünür. Qarşılıqlı
olaraq, buğa kişilərinin hissləri çox dərin olur. Bununla belə
onlar çox inadkardılar. Nə yol ilə olursa olsun məqsədlərinə nail
olmağa çalışırlar. Ona görə də, yadda saxlayın: buğa bürcünün
nümayəndəsinin gözlərində istək görsəniz bilin ki, onların arzu və
hissləri də eynidir. Qısaca desək, oğlan aşiq olub və sizin
bəxtiniz gətirib. Sevgidə buğalar çox zərif, ehtiraslı, təsiredici
və artıq-əskik suallarla özünü yükləməyəndir. Əgər buğa evlənibsə
demək onun seçimi ağılla baş verib və o, sədaqət, qarşılıqlı
anlaşmaya ümid edir. Bütün bunları nəzərə alaraq, buğaları sadiq ər
və kişi hesab etmək olar.

Əkizlər: dəyişkənlik

Sədaqət reytinqi: 3

Əkizlər bürcünün kişiləri başdan ayağa sirdir. Prinsipcə, onlar
soyuqqanlı, münasibətlərin ilk vaxtında sizi tanımaq və kəşf etməyə
çalışacaq. Lakin sonra elə məqam çatır ki, əkizlər “əkiz tayının
yanına” çəkilir. Həmin vaxt onlar hər şeyi analiz etməyə başlayır.
Əgər münasibətlərin rahat və əlverişli olması qənaətinə gəlsə, onda
münasibətləri davam etdirir. Yox əgər, analizdən sonra
münasibətlərdən narazı qalsa yeni hədəflərə doğru qaçır. Bu o demək
deyil ki, əkizlər bürcünün kişiləri ilə münasibət yaramaq olmaz.
Sadəcə olaraq onların xarakterinin bəzi məqamlarını bilmək
lazımdır.

Xərçəng: o, elə gözəldir, lakin
etibarsızdır

Sədaqət reytinqi: 3

İlk baxışdan xərçəng bürcünün kişiləri etibarlı partnyor, sadiq
sevgili və ideal ər fikrini aşılayır. Əslində isə xərçənglər öz
rahatlığını güdür. Xərçəng-kişilər heç vaxt günahkar olmadığını
sübut etmək üçün hər bir bəhanə tapır. Hətta siz onu yataqda başqa
qızla yaxalasanız belə, xərçəng kişi özünü “təmizə” çıxarmaq üçün
100 bəhanə tapacaq və sonda situasiyanın günahkarı siz özünüz
olacaqsınız. Xərçəng kişiləri münasibətlərdə çox
nizam-intizamsızdır. Lakin xərçənglər arasında lap erkən yaşından
sevgilisinə sadiq qalanları da tapmaq olar.

Şir-heyvanların şahı?

Sədaqət reytinqi: 1

Kişi şirləri insan kütləsinin arasında yalnız bir nüansa görə
ayırd etmək olar: onların möhkəm bədən forması olur (və ya buna
çalışırlar), yaxşı geyinmiş, daranmış olurlar, brend geyimlərdən
istifadə edirlər. Çünki şirlər materialistdirlər. Həmçinin onlar
hədiyyəni böyük həvəslə verirlər. Şir bürclər arasında ən sədaqətli
olan insanlardan biridir. Şirlər aşağıdakı cəhətlərə görə ayrıla
bilər: əgər özünüzü ondan yüksək tutsanız, karyerada uğurlarında
onu qabaqlasanız, münasibətləri idarə etməyə çalışsanız.
Qalanlarında isə tam əmin ola bilərsiniz. Şir etibarlı və sizə
sadiq qalacaq.

Qız: etibarlı və prkatik, nəyə görə bunu
qiymətləndirmirlər?

Sədaqət reytinqi: 1

Qız bürcünün kişiləri heç də sadə deyil. Onlar teatr
səhnəciklərini sevmirlər. Ona görə də, sizinlə səhərə kimi rəqs
etmək və pəncərə önündə sizə şeir oxumayacaq. Qız bürcünün kişiləri
analiz edir, detallara fikir verir, sizin nə geyindiklərinizi,
özünüzü necə apardığınızı, nə danışdığınızı xatırlayır,
ölçüb-biçir. Bu kişilər üçün seks təkcə fiziki yaxınlıq deyil.
Onlar kifayət qədər vasvası və seçicidirlər. Təmizlik güddükləri
üçün xəstəliyə yoluxmaqdan qorxur və ona görə də təsadüfi
münasibətlərə baş qoşmur. Qız bürcünün kişiləri bəzi “zəhlətökən”
hərəkətlər etsə də, hər halda onlar sadiq insan olurlar.

Tərəzi: Veneranın himayəsi altında

Sədaqət reytinqi: 1

Tərəzilər-düzgün, diqqətcildir və onlardan etibarlı dost və
tərəf müqabili də çıxır. Tərəzi bürcünün kişiləri istilaçı
deyirlər, onlar hətta adi məişət suallarından da baş çıxara bilmir.
Onlar yaxşı görünmək, məftun etmək, oyun oynamağı sevir. Əvəzində
isə tərəzi kişiləri sizdən etiraf, tərif eşitmək və valeh
olmağınızı tələb edir. Tərəzi kişiləri stabillik və müvazinəti
sevir. Ona görə də, çox nadir hallarda xəyanət və münasibətlərin
korlanmasına gətirir. Əgər xəyanət edirsə də belə, bu onun özünə də
sonda rahat görünməyəcək və əl çəkəcək.

Əqrəb: məşuq

Sədaqət reytinqi: 3

Deyilənə görə bürclər arasında oxatan yataqda ən yaxşı bürc
hesab olunur. Kişi əqrəblər asana doğru qaçmır: nə qədər az asan və
anlaşıqlı olsa, ona maraq bir daha da çoxdur. Əqrəb iki hissədən
ibarətdir: qəlb və bədən. O, daha çox ikinci hissəsindən istifadə
edir, qəlbinə yolu isə qazanmaq lazımdır. Və bu iki hissə bir-biri
ilə ədavətdədir: qəlb sadiq olmaq istəyir, bədən isə yox… Ona
görə də, əqrəb kişiləri ən sədaqətsiz bürclərdən biri hesab olunur.
Buna baxmayaraq, onlar da evlənir. Sizinlə evlidirsə bu cəhətdən
bəxtiniz gətirib: onlar ailə və evini qala kimi qoruyur.

Oxatan: o, Afrikada da oxatandır

Sədaqət reytinqi: 3

Kişi oxatanlar ömür boyu eksperimentatordurlar. Onların nə əldə
edib nə qazanması vacib deyil. Əsas prosesin özüdür. Bundan əlavə,
onların iki növü olur: birincilər öz seksual enerjisini
yaradıcılıq, quruculuq və başqa insanlara xidmətə yönəldir;
ikincilər isə əsil Don Juana çevrilir. Hər halda bu insanlarla
qarşı sevgi yaşamaq idman, oyun və macəra ilə müqayisə oluna bilər.
Oxatanlar ideal insanın olmadığına əmin olduqdan sonra “əlində
olanlarla” barışır və evlənir.

Oğlaq: bax əsil stabillik budur!

Sədaqət reytinqi: 1

Oğlaqlar çətin sevir. Əgər sevgi baş verdisə də, bu onlarda çox
dərin olur. Oğlaqlar öz hisslərini ifadə edə bilmirlər, onlar
romantik deyirlər. Lakin bu onlara möhkəm münasibət qurmaqda əngəl
yaratmır. Əgər oğlaq kişisi qadına aşiq olubsa, tam əmin ola
bilərsiniz ki, o, xəyanətə yol verib boşanma həddinə gətirməyəcək.
Oğlaq mühafizəkardır, onlar adi klassik kostyumu daha çox
qiymətləndirir. Oğlaqlar nikahda praktik, qənaətcil və əmək
sevərdilər. Belə bir münasibəti öz partnyorundan da tələb edir.

Dolça: azadlıq hər şeyimizdi!

Sədaqət reytinqi: 3

Dolçalar xahiş etməyə alışmayıb. Ona görə də, onlarla münasibət
qurmaq istəyirsinizsə, ilk addımı özünüz atın və o, addımınıza
reaksiya bildirəcək. Onlar partnyoruna etibar edir, nəzarətdə
saxlamır və tez-tez güzəştə gedir. Lakin qəribə də olsa, dolçalar
arasında boşanma daha çoxdur. Bu ona görə baş verir ki, partnyorun
fikrincə, dolça ailəsindən çox başqaları üçün edir. Dolça
əl-qolunun “evə bağlandığını” hiss etdikdə çıxıb gedə bilər. Çıxıb
getmək üçün o, uzunmüddət plan hazırlayır. Bununla belə, dolça
qəfildən çıxıb gedir. Necə deyərlər, “səndəldə çörək dalınca getdi
və qayıtmadı”.

Balıqlar: həssaslıq və səmimilik

Sədaqət reytinqi: 1

Balıq bürcünün kişiləri yumşaq, mehribandırlar. Onlar arzu etmək
və başqasının dərdinə şərik olmağı bacarırlar. Sevgi onlara sakit
və gizli gəlir, tədricən inkişaf edir və artır. Şeir oxuyub pəncərə
altında serenada oxuyan bürc məhz balıqlardır. Lakin bildiyimiz ki,
medalın iki tərəfi var. İkinci tərəf ondan ibarətdir ki, uca hiss
və emosiyalar əvəzinə balıqlar çox vaxt seksual rahatlığa önəm
verir. Amma ailədə balıqlar hər şeyi ailəsi üçün edir və onlara
bağlı olur.

Nura

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp