DTX əməliyyat keçirdi – 2 terrorçu məhv edildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam edən
əməliyyat tədbirləri zamanı beynəlxalq terror təşkilatının
tabeçiliyində Məmmədov Sabir Ərulla oğlu və digərlərindən ibarət
“Xaçmaz camaatı” adı altında yaradılmış dini ekstremist cinayətkar
birlik tərəfindən paralel terror-təxribat əməllərinə hazırlıq
hərəkətləri müəyyən edilib.

Xidmətdən Publika.az-a verilən məlumata görə,
fakt üzrə Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3 (terrorçuluğa
hazırlıq), 218.2 (cinayət birlikdə iştirak etmə) maddələri ilə
başlanılan cinayət işi üzrə təxirəsalınmaz kompleks əməliyyat
tədbirləri keçirilib.

Martın 6-da cinayətkar birliyin üzvlərindən – Məmmədov Sabir
Ərulla oğlu və Səlimov Tərlan Səfər oğlunun Xaçmaz rayonu
ərazisində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb
edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncular
təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan
atəş açıb silahlı müqavimət göstəriblər. Əməliyyat qrupu tərəfindən
cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə S.Məmmədov
və T.Səlimov məhv ediliblər.

Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğu və
partlayıcı maddələr, müxtəlif təyinatlı silah-sursat aşkar edilərək
götürülüb.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp