Bir video ilə məşhurlaşan çobandan YENİ XƏBƏR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Qobustan rayon Şıxzərli kənd sakini bu gənc yalnız
videosu sosial şəbəkələrdə yayıldıqdan sonra isə gözəl səsə malik
olduğunu anlayır.

ARB TV xəbər verir ki, Qobustanın Şıxzərli kənd sakini Əlibaba
Əbilov kəndin ərzaq mağazasında mahnı oxuduqdan sonra gizlicə
çəkilən videosu Yutuba yerləşdirilir. Qısa zamanda video sosial
şəbəkələrdə yayıldıqdan sonra qobustanlı gənc oxumağa, savadlı
musiqiçi olmağa qərar verir.

Əlibaba Əbilov (musiqiçi): “Dostlarımla mağazada oturmuşduq.
Bilməzdim belə məşhurlaşacam. Artıq 1 milyonu keçib”.

Hazırda Əlibaba Əbilov Qobustan rayonunda yerləşən musiqi
məktəbinin muğam şöbəsində təhsil alır. Xanəndəlik sənətinin
sirlərinə yiyələnir. Hədəfi isə müəllimi olan Mənsum İbrahimovun
davamçısı olmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp