Azərbaycanda xidməti pasporta malik şəxslər bu ölkələrə vizasız gedə biləcəklər



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti
ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport
sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” Sazişin
təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nu
təsdiqləyib.

Publika.az xəbər verir ki, “Azərbaycan
Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında
xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi
haqqında” 2017-ci il noyabrın 23-də Brüssel şəhərində imzalanmış
Saziş təsdiq edilib.

Bundan başqa, Azərbaycan Prezidenti “Azərbaycan Respublikası
Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti
pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında”
Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nu
təsdiqləyib.

“Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası
Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza
tələbindən azad edilməsi haqqında” 2017-ci il oktyabrın 27-də
Vilnüs şəhərində imzalanmış Saziş təsdiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir