Abşeronda dərsdən qayıdan iki məktəblini maşın vurdu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Abşeron rayonunda yolu keçən iki məktəblini maşın
vurub.

“Report”un məlumatına görə, hadisə martın 6-sı günorta
saatlarında Ceyranbatan qəsəbəsində baş verib.

Dərsdən evə qayıdan iki şagird – 2001-ci il təvəllüdlü Nəzrin
Bilal qızı Candirova və 2005-ci il təvəllüdlü Xədicə İman qızı
Məmmədzadə naməlum avtomobil tərəfindən vurulub.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. X.Məmmədzadənin
vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə
yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp