Zirzəmidə ölən ailə haqqında DƏHŞƏTLİ FAKTLAR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ötən gün Sumqayıt şəhərində binaların birinin
zirzəmisində dəm qazından boğularaq ölən ailənin əvvəllər Suraxanı
rayonu Yeni Günəşli qəsəbəsi “D” massivində, bina 30-da yaşadığına
dair məlumat vermişdik. Orada ailəni tanıyan qonşulardan bir
neçəsinin Publika.az-a verdiyi məlumata görə, ailəni yaşadıqları
ərazidəki evlərindən qonşular qovub:

“O ailə burda bir neçə il yaşayıb. Kişi özü sakit, qabiliyyətli
adam olub. Ailəsi haqqında eyni sözləri demək olmur. Qızını burda
yaşayan bir oğlana ərə vermişdi. Oğlanın da heç kimi olmayıb, bir
yaşlı qadın onu böyüdüb. Onlar evlənəndən sonra arvadı istəmədilər
deyə, aparıb qoydular qocalar evinə. Elə orada da dünyasını
dəyişdi. Qəribə xasiyyətləri vardı, hara gedib, haradan gəlirdilər,
heç kim bilmirdi. Evlərinə girib-çıxan çox olurdu. Qız özü ali
təhsilli olub. Azərbaycan Dillər Universitetini bitirmişdi, amma
deyəsən işləmirdi. Anası da burada “JEK”-də mühasib işləyirdi.
Atası usta idi, yazıq gecə-gündüz işləyirdi. Hər ailədə söz-söhbət
olur, amma onlar daha tez-tez mübahisə edirdilər. Səs-küydən
qonşular da bezmişdi. Sonra eşitdik ki, ailənin külli miqdarda
borcu olub. Bu səbəbdən əvvəlki evlərini də satıb burda ev
alıblar”.

Adının açıqlanmasını istəməyən sakin bizə bildirdi ki, qızı
yoldaşı ilə yola gedə bilməyib və boşanıb:

“Qız həyat yoldaşı ilə uyğunlaşa bilmirdi. Ona görə də
ayrılmışdılar. Ünsiyyətcil ailə olmayıblar. Binada heç kim onlarla
mehriban olmayıb. Hər dəfə bir cür narahatlıq yaranırdı. Biz neçə
dəfə onlarla danışmağa çalışdıq, qonşuluq şəraitində söz-söhbət
olmasın deyə, amma alınmadı. Qonşular hamısı narazılıq etdilər ki,
o ailə binadan köçüb getsin. Onlar da evlərinin açarını qonşuya
verib getdilər. Daha hara getdilər bilmirik. Sonra bu xəbəri
eşitdik, adları açıqlananda tanıdıq ki, həmin ailədi. O körpələrə
yazığımız gəldi”.

Digər sakin isə bildirdi ki, ailə üzvülərinin cansız
bədənlərinin tapıldığı zirzəmi kirayə deyilmiş:

“Onlar Sumqayıtdakı evdə kirayə qalmırdılar. Təxminən 8 min
manat civarında pulla binanın zirzəmisini almışdılar. Problemləri
çox olduğu üçün demək olar ki, yaxın qohum-əqraba, dost-tanış
onlardan üz döndərmişdi. Bəzilərinə də özləri məlumat vermirdilər.
Bu hadisəyə görə çox təəssüf edirik”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp