“Zeytun budağı”ndan ZƏFƏR GÖRÜNTÜSÜ – Afrin qırıcıları heyrətlə izlədi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun
Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı”
hərəkatı 46-cı günündə uğurla davam edir.

Publika.az xəbər verir ki, hərəkat çərçivəsində
109-u dünən olmaqla, 2795 PKK/KCK/PYD-YPG ve İŞİD terrorçusu məhv
edilib.

Toplam 114 kənd, 22-i dağ və təpə, 30-u strateji məntəqə
olmaqla, 144 bölgənin nəzarəti birləşmiş qüvvələr tərəfindən ələ
keçirilib.

Hərəkatın 45-ci günündə Afrinin şimal-qərbindəki Beluşanq və
Alıcı kəndləri terrorçulardan təmizlənib. Raco və Şeyx Hədid
mərkəzlərinin ardınca Afrinin mərkəzinə açılan qapı rolunu oynayan
Cinderesdəki terrorçu hədəfləri bombardman edilib. Afrinin qərbində
yerləşən terrorçulara aid mövqelər qurudan “Fırtına” tankları ilə
atəş altına alınıb.

Azad Suriya Ordsunun Racoya daxil olan bilriyinin komandiri
Məcid Əbu əl-Nur Ramadiyə və Cemilek kəndlərinin ələ keçirildiyini
və bu bölgədəki PKK/YPG terrorçuları məngənəyə saldıqlarını
bildirib.

TSQ və ASO Hatayın Hassa bölgəsi səmalarında Cinderesi havadan
bombardman edən qırıcı təyyarələr zəfər əlaməti olaraq hilal çəkib.
Möhtəşəm görüntülər ətrafdakılar tərəfindən maraqla izlənib.

Əlavə olaraq, Türkiyənin fərqli bölgələrindən göndərilən tank və
zirehli avtomobillərdən ibarət 10 yük maşını konvoyu Kilisə
çatıb.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp