Yüksək sürət dəhşətli qəzaya səbəb oldu – BAKIDA



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda avtomobil qəza törədib.

“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş
verib.

Ramana qəsəbəsi Şuşa şəhərciyində yüksək sürətlə hərəkətdə olan
“Mercedes” markalı avtomobil yol kənarında hərəkətsiz dayanan
“VAZ-21015” markalı avtomobilin arxa hissəsinə çırpılıb. Zərbənin
gücündən “VAZ” aşıb. “Mercedes”də olan sərnişinlərdən biri xəsarət
alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb. Qəza
ilə əlaqədar hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp