Yük maşınının sürücüsündən ÖLÜM SAÇAN manevrlər



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Yağışlı havada yüksək sürətlə hərəkət edən ağır tonnajlı
yük maşını ard-arda qaydaları pozur. Üstəlik, sürücü yerdə olan 1.1
bütöv nişanlanma xətti, yəni ötməni qadağan edən düz xəttə də məhəl
qoymur və sərt döngələrdə digər yük maşınlarını ötür. O, bu
hərəkəti ilə həm öz, həm də digərlərinin həyatını təhlükə altına
atır.

Görüntülər bu gün səhər saatlarında biri gediş, biri gəliş
olmaqla 2 zolaqdan ibarət olan Şəki-Yevlax yolunda lentə alınıb.
Hadisə şahidinin sözlərinə görə, 99 ZB 428 dövlət qeydiyyat nişanlı
ağır tonnajlı avtomobilin sürücü yol boyu belə təhlükəli manevrləri
davam etdirib.

Qeyd edək İnzibati Xətalar Məcəlləsinə əsasən 1.1 nişanlama
xəttinin tələbinin pozulmasına görə sürücü 3 bal və 60 manat
məbləğində, əks zolağa çıxmaqla qarşıdan gələnlərinin hərəkətinə
mane olmağına görə isə 4 bal və 100 manat məbləğində cərimələnə
bilər.

Daha ətraflı videomaterialı təqdim edirik: (Xəzər xəbər)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp