Vergilər Nazirliyindən vergi ödəyicilərinə XƏBƏRDARLIQ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Vergilər Nazirliyi gəlir, mənfəət və əmlak vergisi
ödəyicilərinə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, xəbərdarlıqda
bildirilir ki, 2017-ci hesabat ilinin yekunlarına görə gəlir
vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki
şəxslər gəlir vergisinin bəyannaməsini, mənfəət vergisinin
ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər mənfəət
vergisinin bəyannaməsini, əmlak vergisinin ödəyicisi olan
müəssisələr əmlak vergisinin bəyannaməsini bu ilin aprel ayının
2-dən gec olmayaraq vergi orqanına təqdim etməyə və hesablanmış
vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməyə
borcludurlar.

“Bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin
57-ci, 58-ci və 59-cu maddələrinə əsasən

• vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə
arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə
vergi orqanının qərarına əsasən 40 manat məbləğində;

• büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə
yayındırdıqda, vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin
(kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi
məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası
tətbiq edilir.

• vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə
müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox
olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1
faizi miqdarında faiz tutulur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir