“Üzən” bazar – İçində hər şey olacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu ilin mayında Dubay-Krik körfəzində “BeYouLand” adı
altında dünyada ilk “üzən” bazar işə salınacaq.

Publika.az xəbər verir ki, layihə özündə
ənənəvi abra – ərəb qayığı formasını xatırladan Şərq dükanları
üslubunda olan 17 qayıq-butiki birləşdirəcək. Bu qayıqlarda yerli
və xarici brendlərdən olan geniş çeşiddə istehlak malları, həmçinin
yemək və içkilər təklif olunacaq. Hər qayıq soyunub-geyinmə
otaqları və kondisionerlərlə təchiz ediləcək.

Bununla yanaşı, bütün mağazalarda müştərilərə kafe xidmət
edəcək. Layihənin müəllifi qismində Dubayın “Meraas” iri inşaat
şirkəti çıxış edir. (AzərTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp