Tarixdə İLK – 5G mobil rabitə şəbəkəsi yaradıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Yeni nəsil 5G mobil rabitə şəbəkəsi
yaradılıb
.

Publika.az xəbər verir ki, layihə Çinin
“Huawei” şirkəti ilə “Vodafone” mobil operatorunun birgə fəaliyyəti
əsasında hazırlanıb. Belə ki, telekommunikasiya avadanlığı
istehsalçısı və mobil operatorun avtonom olmayan “Non Stand-Alone
[NSA] 3GPP 5G NR” (“yeni radio”) arxitekturası standartları
əsasında beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) tarixdə ilk
zəng həyata keçiriblər.

“5G NR” sınaq şəbəkəsi 3,7 QHs spektrindən istifadə edilməklə
test edilib. Sınaq mərhələsi isə “5G” eksperimental qurğu
vasitəsilə yoxlanılıb.

Məlumata görə, qoşulma “4G” şəbəkəsindən istifadə olunmaqla
quraşdırılan “VOIP” protokol tipi üzrə baş tutub, məlumatların
ötürülməsi isə sonradan “5G” texnologiyası ilə həyata keçirilib.
Mühəndislər, həmçinin yüksək dəqiqlikli (HD) videozəngin uğurlu
sınaqlarını keçiriblər.

“İlk “5G” zəngi avtonom olmayan “NR” arxitekturası standartı dərc
edildikdən 2 ay sonra həyata keçirilib. Nəticələr bütün dünyaya
sahənin “5G” servislərinin kommersiya istifadəsinə hazır olmasını
nümayiş etdirir”, – “Huawei” və “Vodafone” şirkətlərinin birgə
bəyanatında deyilib.

Bundan başqa, şirkətlər tərəfindən ənənəvi mikrodalğalı IP rabitə
xətlərinin “5G” nəqliyyat şəbəkələri üçün həyat qabiliyyəti olan
texnologiyalar kimi qalmasını təsdiq edən sınaqlar keçirilib.

Xatırladaq ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil
rabitə şəbəkəsidir. 2020-ci ildən etibarən bütün dünya 5G
şəəkəsindən istifadə edəcək. Bundan sonra yalnız smartfonlar üçün
optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla
qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə
ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az
istifadəni təmin edəcək.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp