Talassemiya daşıyıcı cütlüyün üçəmləri dünyaya gəldi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fevral ayı ərzində 10125 nəfər nikahdan əvvəl tibbi
müayinədən keçib. Onların 390-da talassemiya daşıyıcılığı, 17-də
siflis, 12-də isə QİÇS aşkarlanıb.

Bu barədə Publika.az-a B.Eyvazov adına
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun
direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

İnstitut direktorunun sözlərinə görə, müayinədən keçənlər
arasında 7 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı
aşkarlanıb.

“Ümumilikdə, 2015-ci ildən bu vaxta qədər müayinədən keçən 141
cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar edilib.
Onlardan 97-si İnstituta molekulyar genetik analiz üçün müraciət
edib. 54 qadın hamiləliyin müxtəlif dövrlərində müraciət edərək
prenatal diaqnostikası aparılıb. Götürülən dölyanı mayenin
müayinəsi nəticəsində uşaqların 14-nün xəstə, 39-nun daşıyıcı
olduğu müəyyən edilib. Bundan başqa, bu günlərdə hər ikisi
talassemiya daşıyıcı olan valideynlərin üçəm övladı dünyaya gəlib.
Prenatal müayinə zamanı iki uşaqdan dölyanı maye götürülüb, onların
hər ikisinin daşıyıcı olduğu müəyyən edilib. Uşaqlardan birinin isə
hamiləlik zamanı müayinəsini aparmaq mümkün olmayıb. Lakin ailə iki
uşaq sağlam olduğundan ailə üçüncü uşağı dünyaya gətirmək qərarına
gəlib. Uşaqlar dünyaya gəlib və artıq üçüncü uşaqdan nümunələr
gətirilib, onun nəticələri hələ ki, məlum deyil”.

Z.Əlimirzəyeva bildirib ki, prenatal müayinə zamanı xəstəlik
aşkarlanan uşaqların hamısı tibbi abort edilib:

“Hər bir ailə ilə fərdi qaydada söhbətlər aparılıb. Onlara xəstə
uşaqların dünyaya gətirilməsi problemləri izah edilib. Ailələr
xəstə uşaqların tibbi abort edilməsinə razı olublar. Ümumiyyətlə,
nikahları bu müayinələrin icbari olmasından əvvəlki dövrdə baş
tutan ailələr də 2-ci, 3-cü uşaqlarının xəstə və ya daşıyıcı
olmasını pulsuz müayinə etdirə bilərlər. Biz həmin ailələri
Respublika Prenatal Mərkəzə yönləndiririk. Dölyanı mayenin dəqiq
müayinəsi aparılır. Ümumiyyətlə, bu müayinələr başlayandan bu vaxta
qədər talassemiya xəstəliyi ilə doğulan uşaqların sayında azalma
qeydə alınır. Bunu Respublika Talassemiya Mərkəzindən də təsdiq
edirlər”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp