Sanki hər universitetin həyətində bir ziyarətgah açılmalıdır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Xaricdə təhsilin dövlət nəzarətində olması müsbət
haldır. Ancaq qanunda bəzi müddəalar məhdudlaşdırıcı xarakter
daşıyır”.

Publika.az-ınxəbərinə görə, bunu deputat Fazil
Mustafa parlamentdə Cinayət Məcəlləsində dəyişikliklər edilməsi
haqqında qanununun layihəsi barədə danışarkən deyib.

O bildirib ki, qanunda istisna hal kimi qeyd edilib ki, xaricdən
dəvət edilən din xadimlərinin təbliğat aparmasına icazə
verilir:

“Hesab edirəm ki, bu istisna universitet professorlarına da
şamil olunmalıdır. Hər situasiyaya yenidən qanuna dəyişiklik
etməmək üçün bu məsələ qanunda öz əksini tapmalıdır”.

F.Mustafa əlavə edib ki, dövlət ziyarətgahlara maliyyə ayırır və
bu müsbət haldır:

“Lakin İctimai Televiziyada ötən gün bir verilişi izlədim. Sanki
nəzir vermək xalqın milli-mənəvi dəyəri kimi təqdim edilirdi. SSRİ
dövründə xurafat bu qədər təbliğ edilmirdi. Hesab edirəm ki, bu cür
təbliğat nöqsan və zərərlidir. Belə verilişlərdən elə təəssürat
yaranır ki, sanki hər universitetin həyətində bir ziyarətgah
açılmalıdır. Bu məsələdə dozanın aşılmaması lazımdır. Biz inkişaf
etmək, irəliyə getmək istəyiriksə elm və təhsilə daha çox önəm
verməliyik”.

Spiker Oqtay Əsədov isə qanuna dəyişikliklərlə bağlı deputatın
dedikləri ilə razılaşıb: “Fazil müəllim, sözlərinizdə haqlısınız,
ancaq qanun layihəsi artıq qəbul edilib”.

Qeyd edək ki, dəyişikliklərdə məqsəd Cinayət və İnzibati Xətalar
Məcəlləsinin Dini Etiqad Azadlığı haqqında Qanuna uyğunlaşdırmaq
məqsədi daşıyır.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp