Sabah 18 dərəcə isti olacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanda sabaha olan hava proqnozu
açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a
verilən məlumata görə, martın 7-də Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman
olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz
10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacağı
gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 761 mm
civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz
təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 7-də bəzi yerlərdə yağış
yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə
arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 13-18, dağlarda gecə 0-5
dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, martın 7-də Bakıda və Abşeron
yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü
meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp