Səhhətindəki problemlərdən dolayı “Space”dən çıxan məşhur aparıcı ATV-də



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Səhhətindəki problemlərdən dolayı “Space” TV ilə
yollarını ayıran əməkdar artist Əkbər Əlizadə ATV kanalında işə
başlayıb.

Publika.az xəbər verir ki, bu barədə aparıcının
özü instaqramda məlumat yayıb. O, bildirib ki, “ATV səhər”
verilişini Lalə Azərtaşla birgə aparacaq. Əkbər Əlizadə həmkarı
Lalə Azərtaşla fotosunu instaqramda paylaşıb. O, yeni kanaldakı
fəaliyyətə başlaması ilə əlaqədar olaraq bunları yazıb:

“Yaxşı istirahət edib, dincəlib, yorğunluğumu çıxardıqdan sonra
bu gün baxılan kanalda Atv səhər də görüşünüzə gəldim”.

Qeyd edək ki, Ə. Əlizadə 9 ildir ki, “Hər səhər” verilişini
aparıb. O, “Space”dən ayrılma səbəbi kimi səhhətində problem
olduğunu göstərmişdi:

“Yorğunam, bir balaca sağlamlığımda da problem var. Anons,
reklam deyil, həqiqətən də gedirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp