Rusiyanın sabiq polkovniki İngiltərədə zəhərləndi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

2006-cı ildə Britaniya xüsusi xidmətlərinə casusluqda
günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat
İdarəsinin sabiq polkovniki Sergey Skripal Solsberi şəhərində
ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya
yerləşdirilib.

66 yaşlı S.Skripal və onun yanında olan bir qadın naməlum
zəhərli maddənin təsirinə məruz qalıblar.

Hadisədən dərhal sonra ticarət mərkəzi dezinfeksiya üçün polis
tərəfindən əhatəyə alınıb.

Hazırda Böyük Britaniyanın hüquq-mühafizə orqanları faktla bağlı
araşdırma aparır. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp