Rusiya təyyarəsi qəzaya uğradı – 32 ölü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Suriyada Rusiyaya məxsus An-26 nəqliyyat təyyarəsi
qəzaya uğrayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən
xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliliyindən
bildiriblər.

İlkin məlumatlara görə, təyyarənin içində 26 sərnişin və
ekipajın altı üzvü var idi. Onların hamısı həlak olub. Qəza Xmeymim
aerodromuna eniş zamanı, yerli vaxtla saat 15:00-da baş verib.

İlkin informasiyaya görə, qəzanın səbəbi texniki nasazlıq ola
bilər. Təyyarəyə atəş açılmadığı bildirilir. Müdafiə Nazirliyinin
komissiyası qəzanın bütün mümkün versiyalarını öyrənəcək.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp