Qırışların qarşısını almaq üçün BUNLARI YEYİN!



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dəri 25 yaşdan sonra yavaş-yavaş qırışmağa başlayır.
Qırışların qarşısını almaq üçün təkcə qulluq vasitələrindən
istifadə etmək kifayət deyil. Gözəl dəri arzulayırsınızsa, ilk
növbədə sağlam qidalanmağa diqqət etməlisiniz.

Publika.az dərini qırışmağa qoymayan, yaşlılıq
əlamətlərini aradan qaldıran qidaları araşdırıb:

1. Avokado

Tərkibində bol miqdarda E və B vitaminləri olan bu meyvə dərini
ehtiyac duyduğu nəmlə təmin edir. Dəriyə elastiklik və yumşaqlıq
bəxş edir, qidalandırır. Tez-tez avokado yesəniz, dəriniz daha gənc
görünəcək.

2. Pomidor

C vitamini ilə zəngin olan pomidor dərinin gənc görünməsini
təmin edir. Likopen maddəsi ehtiva etdiyi üçün dərini günəşin
ultrabənövşəyi şüalarından qoruyur. Qırışların və dəri
sallanmasının qarşısını alır.

3. Qızıl balıq

Qızıl balıq da qırışlara çarə olan qidalardan biridir. Qızıl
balıq omeqa 3 yağ turşusu ilə ən zəngin qidalardan biri hesab
edilir. Omeqa 3 yağ turşuları dərini nəmləndirir, günəşin
ultrabənövşəyi şüalarına qarşı qalxan vəzifəsini görür. Həftədə ən
az iki dəfə qızıl balıq yeyərək qırışlarla mübarizə apara
bilərsiniz.

4. Tut, böyürtkən, çiyələk, göyəm

Bu meyvələrin hər birində “flavonoid” adlı maddə var. Həmin
maddə dəri toxumalarını gücləndirir, dərialtı xırda damarları
qoruyur. Qan dövranını yaxşılaşdıran bu meyvələr dərinin
yaşlanmasının qarşını almaqda çox təsirlidir. Antioksidantlarla
zəngin olduqları üçün qırışların qarşısını alırlar. Bu meyvələrin
təsirini artırmaq üçün onları yarım kasa qatıqla yemək
məsləhətdir.

5. Yaşıl çay

Həm sağlam, həm də gözəl qalmaq üçün ən təsirli vasitə yaşıl
çaydır. Yaşıl çayı süfrənizdən əskik etməyin. Bu yolla həm
təhlükəli xəstəliklərdən qorunacaq, həm də dərinizin qayğısına
qalacaqsınız. Yeməklərdən yarım saat sonra 1 stəkan yaşıl çay
için.

6. Kefir

Probiotik xüsusiyyəti daşıyan kefir, sadəcə, qırışlarla deyil,
həm də dəridəki qızartılarla mübarizə aparır. Qüsursuz dəriyə
qovuşmaq istəyirsinizsə, gündə 1 stəkan kefir için. Gecə yatmazdan
1 saat öncə içməyiniz məsləhətdir.

7. Yumurta

Zülalla zəngin olan bütün qidalar qırışlara qarşı təsirlidir.
Onlardan ən effektlisi isə yumurtadır. Yumurta həm də dəri üçün
faydalı amin turşuları ehtiva edir. Hər səhər 1 ədəd yumurta
yeyin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp