Pxenyan geri şəkildi – Nüvə silahından bu şərtlə imtina edəcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya
yarımadasının denuklearizasiyası üzərində işləmək arzusunu ifadə
edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən
xəbər verir ki, bu haqda Cənubi Koreya prezidentinin
administrasiyasının xəbərində deyilir.

Xəbərə görə, Pxenyan hətta Cənubi Koreyaya qarşı silahların adi
növlərindən istifadə etmək niyyətində deyil. Şimali Koreyanın
təklifi Cənubi Koreyanın hökumət nümayəndə heyətinin Pxenyana
ikigünlük səfərində – çərşənbə axşamı səsləndirilib.

Məlumata görə, Pxenyan nüvə silahından imtina qarşılığında
ABŞ-dan ölkədəki rejimin təhlükəsizliyinin təmin olunmasını
istəyib.

“Koreya Xalq Demokratik Respublikası Koreya yarımadasının
denuklearizasiyasına sədaqətini aydın şəkildə təsdiq etdi və
bildirdi ki, hərbi təhdid olmadığı və rejim üçün təhlükəsizlik
zəmanətləri verildiyi halda nüvə silahlanması olmayacaq”, – xəbərdə
qeyd edilib.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp