Putin qəbul otağında futbol oynadı – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiya prezident Vladimir Putin Kremldə FİFA prezidenti
Canni İnfantino ilə görüşüb.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, görüş futbol
üzrə Rusiyada keçiriləcək dünya çempionatının başlanmasına 100 gün
qalmış baş tutub.

Prezidentlər Putinin qəbul otağında topla oynama bacarığını
nümayiş etdiriblər.

FİFA-nın saytında yerləşdirilmiş videoçarxın çəkilişlərində
dünya futbolunun bir çox ulduzları iştirak ediblər. Vladimir
Putinlə Canni İnfantinonun Kremldəki görüntüləri isə videoçarxın
son hissəsində yer alıb.

Qeyd edək ki, futbol üzrə 21-ci dünya çempionatı iyunun 14-də
başlayır. Turnirin açılış matçında ev sahibləri ilə Səudiyyə
Ərəbistanının yığması qarşılaşacaq. Final oyunu isə iyulun 15-də
Moskvada keçiriləcək.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp