PSJ – “Real” görüşündə nələr baş verəcək?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün Çempionlar Liqasının 1/8 finalında görüşəcək PSJ
ilə “Real”ın baş məşqçiləri oyundan öncə açıqlamalar
verib.

Publika.az xəbər verir ki, ispanların baş
məşqçisi Zinəddin Zidan matçın penalti seriyasına qədər uzana
biləcəyini istisna etməyib:

“Komandalardan biri meydanı pis emosiyalarla tərk edəcək. Amma
futbolda belə şeylər olur. Mən ancaq gözəl oyun istəyirəm. Çətin
görüş olacaq. Bu çətinliyin öhdəsindən gəlməyi düşünürük.
Sürprizlərə hazır olmaq və matça köklənmək lazımdır. 90 dəqiqə
yaxşı oynamalıyıq. Bəlkə daha uzun oyun olacaq”.

Zidana görə, rəqib komandanın ən güclü oyunçularından biri olan
Neymarın yoxluğu heç nəyi dəyişdirməyəcək:

“Onun əvəzinə meydana başqa oyunçu çıxacaq. O da öz gücünü
göstərməyə çalışacaq. Neymarın yoxluğu hazırlıq planımızda
dəyişikliyə səbəb deyil”.

PSJ-nin çalışdırıcısı Unai Emeri isə “Real”a qarşı soyuq bir baş
və isti ürəklə oynamağın lazım olduğunu deyib:

“Təxmin edirik ki,”Real” ən yaxşı oyunçuları ilə maksimum nəticə
əldə etmək üçün gələcək. Biz də qarşılığında ən yaxşı oyunumuzu
göstərəcəyik. Matçın taleyinə bizim oyunumuzla qərar veriləcək. Biz
soyuq baş və isti ürəklə oynamaq məcburiyyətindəyik. Amma mənə bir
seçim təklif etsələr, isti ürəklə oynamağı üstün tutaram”.

Təcrübəli baş məşqçi Neymarın yoxluğuna da diqqət çəkib:

“Bir oyunçu olmaması başqasına qapı açır. Bu gün bütün
oyunçularımız oyunda əhəmiyyətli rol oynayacaq. İstər əsas heyətdə
çıxanlar olsun, istərsə ehtiyatda oturanlar. Mərkəzdə Mbappe,
müdafiədə isə Markinos və Verattini görmək istəyirəm”.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyun 3:1
hesabı ilə “Real”ın xeyrinə başa çatıb. Cavab oyunu isə bu gün Bakı
vaxtilə saat 23:45-də start götürəcək.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp