Prezidentliyə namizədin biabırçı fotoları yayıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiya prezidentliyinə namizəd Kseniya Sobçakın
seçkiqabağı fəaliyyət göstərən saytı hakerlərin hücumuna məruz
qalıb.

Axar.az xəbər verir ki, bu barədə RİA-ya K.Sobçakın səlahiyyətli
nümayəndəsi məlumat verib.

“Hakerlərin hücumuna görə sayt çökdü. Hakerlər onun İP adresini
tamamilə biabırçı fotolara yönləndirdilər. Saytı çökdürüb, hər şeyi
etdilər”, – deyə bildirilib.

Saytın, 2 saat ərzində fəaliyyəti dayandırılıb və bu zaman
saytın ünvanında Vladimir Jirinovskinin “Jirik” adlı mineral su ilə
fotosu yerləşdirilib.

Qeyd edək ki, dünən də mərasimlərdən birindən çıxarkən K.Sobçak
naməlum şəxsin hücumuna məruz qalmışdı.

Ehtimal edilir ki, bu hücum, o cümlədən hakerlərin də fəaliyyəti
Sobçakın debat zamanı Jirinovskinin üzünə su atması ilə
bağlıdır.

Bununla RLDP lideri xanım namizəddən qisas alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp