Penitensiar müəssisələrdə 691 cinayət hadisəsinin qarşısı alınıb



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

2017-ci ildə Ədliyyə Nazirliyində icra sənədlərinin sayı
əvvvəlki illə müqayisədə 22 faiz artaraq 869 mini ötüb, götürülmüş
tədbirlər nəticəsində mülki xarakterli icra sənədlərinin təxminən
60 faizinin icrası təmin edilib.Hüquqi və fiziki şəxslərə 562
milyon manatdan çox vəsait ödənilib.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər
Kabinetinin 2017-ci ildə fəaliyyət hesabatında bildirilib.

İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni
tələblərini yerinə yetirməyən 6142 şəxs barəsində inzibati xəta
haqqında protocol tərtib edilib. Həmçinin 2878 belə şəxs məhkəmələr
tərəfindən inzibati qaydada həbs edilib, məhkəmə qərarlarının
icrasından qəsdən yayınan 378 şəxs barəsində cinayət işi
başlanılıb.Ötən il ərzində 14015 borclunun ölkədən getmək hüququ
məhdudlaşdırılıb, görülmüş tədbirlər nəticəsində məhkəmə qərarını
icra etmiş 3410 şəxs barəsində əvvəllər qoyulmuş belə məhdudiyyət
götürülüb.

Ötən il ərzində azadlıqdan məhrmetmə ilə əlaqədar olmayan
cəzalara məhkum edilmiş 16159 şəxs qeydiyyatdan çıxarılıb.

Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən
məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı
işlərdən 607-si üzrə ibtidai istintaq tamamlanıb. Bu zaman fiziki
və hüquqi şəxslərə vurulmuş ziyanın 31 faizi istintaqın gedişinə
ödətdirilib.

Ötən ilin 16 mart və 11 sentyabr tarixlərində ölkə başçısının
müvafiq sərəncamlarına əsasən 424 məhkum əfv edilib.

Cəzaçəkmə müəssisələrində ictimai faydalı işlərə 5600-dən çox
məhkum cəlb edilib.Cinayət nəticəsində vurulmuş ziyan üzrə
məhkumlar tərəfindən zərərçəkmişlərə 1.52 milyon manatdan çox
(2016-cı illə müqayisədə 29 faiz çox) vəsait ödənilib.Həyata
keçirilmiş əməliyyat tədbirləri nəticəsində penitensiar
müəssisələrdə 691 cinayət hadisəsinin qarşısı alınıb.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp