Nobel prospektində sıxlığın SƏBƏBİ – Yol polisi açıqadı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Son zamanlar Bakı şəhər ərazisində yollarda sünı tıxacın
yaranmasının səbəbi şəhərin müəyyən ərazilərində asfalt örtüyünün
çəkilməsi və digər işlərlə bağlıdır.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi
İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai
qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov
deyib.

V.Əsədov bildirib ki, bu tıxacın yaranmasına səbəb olan
amillərdən biri Babək prospektində aparılan yenidənqurma
işləridir:

“İndi Babək prospektində hərəkət birtərəflidir. Bunun əsas yükü
Nobel prospektinə düşür və bu səbəbdən pik vaxtlarda orada sıxlıq
müşahidə olunur. Eyni zamanda, Nərimanov rayonu ərazisində yaşayış
binalarının tikintisinə başlanılıb. Həmin ərazidə asfaltın
qaşınması, kommunikasiya xətlərinin çəkilməsi işləri aparılır. Daha
sonra Məhəmməd Hadi küçəsində asfalt örtüyünün çəkilməsi ilə bağlı
məhdudiyyət var”. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp