Müdafiə naziri ön xətdə – FOTO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və
nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən ön xətt
bölmələrdə olublar.

Müdafiə Nazirliyindən Publika.az-a verilən
məlumata görə, əvvəlcə hərbi hissənin ərazisində ucaldılan
ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək gül
dəstələri qoyulub.

Sonra Müdafiə naziri, müdafiənin ön xəttindəki bölmələrdə olaraq
üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. Əməliyyat şəraiti
ilə tanış olan general-polkovnik Z.Həsənov birləşmələrin və hərbi
hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi qoşunların döyüş qabiliyyətini,
maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə
təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını
yüksək qiymətləndirib.

Hərbi qulluqçular Müdafiə nazirinə müraciətdə işğal altında olan
torpaqların tezliklə azad edilməsinə hazır olduqlarını
bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp