Mirşahinin komandasında kimlər var? – Adlar açıqlandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Mirşahin Ağayev ötən gün lisenziya alan Real TV üçün
komandanı formaalaşdırıb. TV-yə əsasən keçmiş ANS telekanalının
əməkdaşlarını topladığı bildirilir.

“Real” TV-dən Modern.az-a verilən məlumata görə, Mirşahin
Ağayevin yeni komandasında fəaliyyəti dayandırılmış ANS
telekanalının aşağıdakı əməkdaşları çalışacaq:

Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Mahir Məmmədli, Səbinə
Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər
Qarayev, Vüsalə Xanməmmədqızı, Xatirə Məmmədova, Mehman Rəsulov,
Natiq Nailəoğlu…

Hələlik baş redaktor və redaktorlar müəyyən olunmayıb.

Onu da bildiriblər ki, “Real” TV layihəsi Mirşahin Ağayevə
məxsusdur və Vahid Mustafayev bu layihədə yer almayacaq.

Eyni zamanda, “Real” TV-nin ofisinin Əhməd Rəcəbli küçəsində
yerləşdiyi məlum olub. 5 mərtəbəli binada yerləşən ofisdə son
hazırlıq işləri görülməkdədir.

TV-nin yaxın günlərdə yayıma başlayacağı bildirilir. Qeyd olunur
ki, artıq texniki avadanlıqlar alınıb, kameraların bir hissəsi
ofisə gətirilib, digərləri də gətiriləcək. ANS-ə məxsus köhnə
avadanlıqları götürmək isə mümkün olmayıb. Məlum olduğu kimi,
prokurorluq ANS-in qapısını möhürləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp