“Milli Məclis Bakı meriyasından izahat tələb etməlidir”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Seçki Məcəlləsinə əsasən seçki təbliğatı seçkilərə 20
gün qalmış başlaya bilər. Ancaq Milli Şura adlanan qurum martın
10-da mitinq keçirmək istəyir”.

Publika.az-ın məlumatına görə, bu fikirləri
Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev
səsləndirib:

“Məndə olan məlumatlara görə, Bakı Şəhər İcra Hakimiyyəti bu
aksiyanı sanksiyalaşdırıb. Qanunun aliliyini istəyən qrup qanunun
tələblərini pozmamalıdır. Kimsə düşünməsin ki, bundan narahatam.
Sadəcə olaraq qanunların aliliyinin tərəfdarı kimi narazılığımı
ifadə edirəm. Kimsə düşünməsin ki, mən Əli Kərimlinin mitinqindən
narahatam. Əminəm ki, onun aksiyasına heç kim qoşulmayacaq. Oqtay
müəllim, Milli Məclis Bakı meriyasından izahat tələb
etməlidir”.

Q.Həsənquliyev deyib ki, ölkədə sərbəst toplaşmaq azadlığının
işləməsinin tərəfdarıdır: “Sadəcə olaraq martın 19-dan sonra
aksiyalar keçirilə bilər. Hər gün keçirsinlər. Amma bu qanunla
martın 19-dan sonra həyata keçirilməlidir”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp