Məşhur boksçuda dopinq aşkarlandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Meksikalı boksçu Saul Alvares dopinq yoxlamasından
keçib.

Publika.az xəbər verir ki, idmançıda
klenbuterol tapılıb. “Golden Boy Promotions” şirkəti bəyan edib ki,
Alvaresin orqanizmində qadağan olunmuş maddə zəhərli ətin
qəbulundan sonra aşkarlanıb, hansı ki, son vaxtlar onlarla
meksikalı atlet ondan zərər çəkib.

“İdmana hörmət edirəm, ona görə də bu məni çox narahat edir.
Əvvəllər məndə belə şey olmayıb. Bu vəziyyəti aydınlaşdırmaq üçün
bütün prosedurları keçməyə hazıram. İnanıram ki, sonda həqiqət
mənim tərəfimdə olacaq”, – deyə Alvares bildirib.

Qazaxıstanlı boksçu Gennadi Qolovkinlə üç versiya üzrə döyüşə
hazırlaşan idançı Meksikadan ABŞ-a gələrək məşqini keçib və əlavə
testdən keçmək niyyətindədir. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp