KTMT müharibə olacağı təqdirdə, separatçı Dağlıq Qarabağa dəstək verməyəcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Dağlıq Qarabağ Kollektiv Təhlükəsizlik Müdafiəsi
Təşkilatının (KTMT) üzvü deyil, bu üzdən Xankəndinə qurum
tərəfindən hərbi dəstək verilməyəcək”.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu
KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoliy
Sidorov deyib.

O qeyd edib ki, KTMT bütün sazişləri Ermənistanla imzaladığından
İrəvan qarşısında müəyyən öhdəlikləri var.

A. Sidorov bildirib ki, KTMT müvafiq yardım xahişi olmadan
quruma üzv dövlətin cəlb olunduğu bu və ya digər münaqişəyə
müdaxilə etmək səlahiyyətinə malik deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp