İmişli “ASAN Həyat” kompleksinin tikintisinə 19,9 milyon manat ayrıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev İmişli “ASAN Həyat” kompleksinin
layihələndirilməsi və tikintisi haqqında sərəncam
imzalayıb.

Publika.az xəbər verir ki, sərəncamla İmişli
“ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli
3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.52.2-ci yarımbəndində göstərilmiş məbləğin 19,9
milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə
ayrılıb.

Sərəncamda qeyd olunub ki, ölkədə vətəndaşlara göstərilən dövlət
xidmətlərinin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir
innovasiyalar tətbiq edilməklə həyata keçirilməsi məqsədilə
bugünədək 12 “ASAN xidmət”, 2 “ASAN Kommunal” və 3 “ABAD”
mərkəzinin fəaliyyəti təşkil edilib. Vahid standartlar çərçivəsində
idarə olunan mərkəzlərin fəaliyyəti ilə əlaqədar 3 minədək
vətəndaşın məşğulluğu təmin edilib, 13 mindən çox gənc mərkəzlərdə
könüllü fəaliyyətinə cəlb edilib.

“ASAN Həyat” kompleksləri tərkibində yeni iş yerləri yaradılıb,
“ABAD” mərkəzləri özünüməşğulluq proqramlarının icrasına öz
töhfəsini verib. Ümumilikdə, “ASAN” mərkəzləri vasitəsilə 19
milyondan çox vətəndaş müraciəti cavablandırılıb, xidmətlərin
göstərilməsində vətəndaş məmnunluğu daima yüksək səviyyədə
saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp