I sinfə qəbul üzrə YENİLİN



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Məktəbəhazırlıq qruplarında təhsil alan
uşaqların valideynlərinin övladlarının I sinfə qəbul üzrə yenidən
sorğu yerləşdirməsinə ehtiyac yoxdur.

Publika.az xəbər verir ki, bunu
Trend-ə Bakı Şəhəri üzrə Təhsil Idarəsinin sektor müdiri Bəşarət
Məmmədov bildirib .
O qeyd edib ki, bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda
təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və
müəllim avtomatik seçilib: “Məhz bu qaydanın tətbiqi
məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini
əlavə qayğılardan azad edib. Belə ki, məktəbəhazırlıq qruplarındakı
24 000-dən çox uşaq avtomatık I sinfə qəbul üzrə qeydə alınıb. Odur
ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri
rahat ola bilərlər. Həmin valideynlərin məktəbəhazırlıq qrupunda
oxuyan övladı üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməsinə
ehtiyac yoxdur”.
B.Məmmədov deyib ki , martın 6-na (saat 18:30) olan məlumata
əsasən, elektron sistem (mektebeqebul.edu.az)
vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 36 058 sorğu
yerləşdirilib.

Onlardan 33 371-i ümumi təhsil məktəblərini, 2 687-i
isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət
ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun
təxminən 70 faizindən çoxdur.

B.Məmmədovun sözlərinə görə, Təhsil Nazirliyinin
birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I
sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron
ərizəsinin mektebeqebul.edu.az
saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 22 fevral-15
sentyabr tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı
prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi
seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə
bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə
elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində
vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat
Mərkəzlərinə (http://baku.edu.gov.az/az/page/276)
müraciət edə bilərlər.

Sektor müdiri bildirib ki , I sinfə şagird qəbulu
prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac
olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil
müəssisəsində Apelyasiya Komissiyaları (http://baku.edu.gov.az/az/page/277)
fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az
saytının istifadəçiləri üçün elektron sistem vasitəsilə uşaqların I
sinfə şagird qəbulu barədə videotəlimat (https://www.youtube.com/watch?time_continue=1&v=KRMGV9hTHq8)
hazırlanıb.

Onu da qeyd edək ki, 2018-2019-cu tədris ili üçün
Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I
sinfə qəbulu elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə
ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start
veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp