Hepatis C olduğu deyilən Aydın Xırdalanlı: “Çayxanada oturmuşam”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Aydın Xırdalanlı qara ciyər serrozundan əziyyət
çəkmədiyini söyləyib.

Meyxanaçı Publika.az-a verdiyi açıqlamada
səhhəti ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini
deyib:

“Səhhətim əladır, hazırda çayxanada oturmuşam. Kefimin kök olan
vaxtında zarafat etmişdim, ağızlarına gələni yazıblar. Qara ciyər
və Hepatit C serrozu olmağım boş söhbətdir”.

Meyxanaçının sözlərinə görə, Respublika Narkoloji Mərkəzdə
narkotik asılılıqdan aldığı müalicəsi artıq bitib:

“Müalicəm bitib, hazırda ailəm mənə böyük dəstək olur. Ailə
dəstəyim olmasa, yaşamağa dəyməz.

Xatırladaq ki, tanınmış meyxanaçı Aydın Xırdalanlı Yenicag.az-a
verdiyi açıqlamada qaraciyər serrozu olduğunu söyləyib:

“Özümü yaxşı hiss etmirdim, müayinə olundum və qan analizi
verdim. Həkimlər məndə “Hepatit C” aşkarladı. Ağır xəstəlikdir,
həkimlər deyir ki, xəstəliyin üstünə tez düşmək lazmdır. Hələ ki,
dərdim yeni aşkarlanıb, müalicələrə başlamalıyam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp