Həsən Turabovun 80 illik yubileyi keçiriləcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev Həsən Turabovun 80 illik
yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2018-ci ilin mart ayında Azərbaycan teatr və kino sənətinin
görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, Xalq
artisti Həsən Səttar oğlu Turabovun anadan olmasının 80-ci ildönümü
tamam olur.

Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca
bəhrələnən Həsən Turabov fitri istedadının verdiyi imkanlar
sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu
yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb.
Sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük
ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü
obrazlar ölkə teatrı tarixinin və kinematoqrafiyasının
nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət
inciləridir.

Publika.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, milli
mədəniyyətin inkişafında təqdirəlayiq xidmətlərini nəzərə alaraq,
görkəmli sənətkar Həsən Turabovun 80 illiyinin qeyd olunmasını
təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Xalq artisti
Həsən Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll
etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp