Hərbi xidmətə çağırış haqqında SƏRƏNCAM



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan
vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi
hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam
imzalayıb.

Publika.az xəbər verir ki, 2000-ci ildə
doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı
tamam olmuş, habelə 1983–1999-cu illərdə doğulmuş, yaşı 35-dək
olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli
həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə
çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi
xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası
vətəndaşları 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi
xidmətə çağırılır.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası
qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini
keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2018-ci il
aprelin 1-dən 30-dək ehtiyata buraxılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp