Faciəvi şəkildə ölən futbolçuya BÖYÜK JEST



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İki gün öncə faciəvi şəkildə dünyasını dəyişən
“Fiorentina”nın kapitanı Devid Astori ilə bağlı formalarını
geyindiyi klublar təqdirəlayiq addım atıb.

Publika.az xəbər verir ki, “Fiorentina” və
“Kalyari” klubları kapitanın forma nömrəsini əbədiləşdirib.

Yeni qərara görə, artıq 13 rəqəmi bu klublarda heç bir oyunçuya
verilməyəcək.

“Fiorentina” daha öncə mərhum kapitanı ilə müqviləsini
birtərəfli şəkildə ömürlük uzatmışdı. Müqaviləyə əsasən, 31 yaşlı
futbolçunun maaşı ömürlük 2 yaşlı qızına bağışlanacaq.

Qeyd edək ki, İtaliya millisinin də üzvü olan D.Astori martın
5-də “Fiorentina”nın qaldığı hoteldə infarkt keçirərək vəfat
etmişdi.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp