“Eurovision 2018” təmsilçimiz Aysel: “Mahnının sözləri ilə güclü bağlılıq hiss etdim”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanı “Eurovision 2018” mahnı müsabiqəsində təmsil
etməyə hazırlaşan Aysel Məmmədova (Aisel) “X my heart” mahnısına
çəkilən klipi bu gün təqdim olunacaq.

Publika.az xəbər verir ki, Aysel Avropa
səhnəsində ifa edəcəyi mahnı ilə bağlı İTV-yə açıqlama verib. O,
bildirib ki, studiyada musiqi yazılarkan bəstə onda xoş emosiyalar
və ruh yüksəkliyi yaradıb:

“Mahnının sözləri ilə güclü bir bağlılıq hiss etdim. Bu mənim
hamıya çatdırmaq istədiyim ismarıcdır: özünəinam səni hətta top
mərmisindən də güclü edir. Sandra Byurmanın mahnının sözlərində
mənim adımın ayın bir hissəsi ilə bağlılığını qeyd etməsi çox
xoşuma gəldi. Sonda beynəlxalq komanda ilə çalışmağımdan çox
məmnunam.

Azərbaycan, Böyük Britaniya, İsveç, Kipr, Portuqaliya, Rusiya,
Ukrayınadan olan professionalların birgə işini vurğulamaq
istəyərdim. Mənim üçün Avroviziya insanları musiqi vasitəsilə
birləşdirən müsabiqədir. Bu tədbirdə ölkəmi təmsil etmək mənim üçün
qürurvericidir”.

Məlumat üçün bildirək ki, “X my heart” mahnısı məşhur yunan
bəstəkar-prodüser Dimitris Kontopulos və isveçli bəstəkar Sandra
Byurmanın müştərək əsəridir. Hər iki müəllif müxtəlif illərdə
“Eurovision” mahnı müsabiqəsində qalib olub. 2016-cı ildə
D.Kontopulos və 2011-ci ildə S.Byurman qalib seçilib. Mahnı
Londonda yazılıb. Səhnə quruluşu üzərində məşhur yunan Fokas
Evangilinos çalışıb.

Lissabonda keçiriləcək adıçəkilən müsabiqənin birinci
yarımfinalı mayın 8-də, ikinci yarımfinal mayın 10-da, final isə 12
may tarixində baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp