Dünyanın bir nömrəli casusu Ruzi Nazar və Məhəmməd Əmin Rəsulzadə



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu il Azərbaycan Xalq CumhuriyYətinin qurulmasının
yüz ili tamam olur. Belə bir tarixin belə bir günündə isə
Cümhuriyyətin qurucularından M.Ə.Rəsulzadənin vəfatından 63 il
ötür. Həyatı, idealları, amalları ilə müstəqil Azərbaycan qurmağa
köklənmiş Rəsulzadənin xatirəsi üçün bu yazını hazırlamağı özümə
borc bildim.

1917-ci ilin 1 yanvar günü Margilanda, Fərqanə vadisinin tam
ortasında ipək taciri Cemşid Umirzaqoğlunun ailəsində dünyaya bir
uşaq göz açır.

Adını Ruzi qoyurlar. Ruzinin ata tərəfi yüz illər boyunca Orta
Asiyanı dünyaya bağlayan ipək ticarətinin əsas təşkilatçıları kimi
dünyada baş verənləri birbaşa görmüş, nəticə çıxarmış və ən əsası
düzgün istiqamət götürə bilmiş insanlardan ibarət idi.

Ana tərəfi Teymurdan gələn qürurlu özbək (Bax- Türküstan
millətçiliyi – müəl.) millətçilərinin qızı, Hokand xanlığından
olan, o dövr üçün rus işğalına qarşı ideyaverici rol oynayan
Cədidizmə (Rus işğalına qarşı milli və müsirləşmə yolu ilə mübarizə
üsulu) tapınan Tacünnisa idi.

Bu mübariz və savadlı qadın oğlu Nazara 10 yaşına kimi ərəb,
fars və rus dilini öyrətməklə qalmadı, bu dillərdə yazılmış məşhur
ədəbi əsərləri orijinalda da oxuda bildi.

Amma Nazarın həyatında baş verən bir hadisə ilə onun, o isə
dünyanın taleyini dəyişmiş olur.

Qırmızı imperiyanın işğalına məruz qalan Türküstan və onun
ideoloji mərkəzi Fərqanə (Bura siyasi və dini əsasına görə millətçi
və dinçi qüvvələrin birgə, amma fərqli fəaliyyət göstərdiyi yer
idi. Radikal islamçılıq Şərqə, türk millətçiliyi isə türk
ölkələrinə istiqamətlənən formada inkişaf edirdi – red.)
əksinqilabın əsas mərkəzinə çevirilir.

Burda Sovetlərə 10 il köks ötdürən basmaçılar, Mustafa Çokay,
Zəki Vəlidi Togan (Lenin bu şəxsi Validov olaraq rus kimi
tanıyıbmış – red.) Nazarın inkişafında misilsiz pay sahibi
olurlar.

I Dünya müharibəsinin gedişi sırasında mövqelərini itirmiş və
qarşıdurmanı inqilab səbəbilə separat sülhə imza atmaqla tərk etmiş
Rusiyanın yerini Orta Asiyada ingilis dərin dövləti almaqda idi.
Ona görə də, burda dini və milli qüvvələrin dəstəklənməsi
qazanılmış Əfqanıstanın yanında itirilmiş Türküstanı əldə etməsinə
hesablanmışdı.

Belə bir zamanda Nazarın böyük qardaşı Yoldaş Kari millətçilərə
qoşulduğu iddiası ilə Sovetlər tərəfindən edam edilir.

Bu hadisə 10 yaşlı Nazarın həyatını 180 dərəcə
dəyişir.

Atası onun müasir düşüncələrə sahib olması üçün liseyə göndərir.
Ardınca Daşkənd Universitetinin iqtisadiyyat fakültəsinə daxil
olur, paralel olaraq gecə məktəbində kimya dərsi alır. Özbəkistan
Kommunist Partiyasının Gənclər Təşkilatına daxil olsa da,
millətçiliyinə görə tezliklə partiyadan çıxarılır.

Moskvaya səyahət edir, orda təkrar partiyaya üzv olmaqla bağlı
istəyinə nail ola bilir.

XX əsrin tozlu 30-cu illəri gənc Nazarın gözü önündə kino
lenti kimi keçir. SSRİ-ni qurmuş “Kəmik Kadro” represiyya edilir,
inqilab əvvəlcə öz uşaqlarını yeməyə başlayır.

Amma nə dünya, nə SSRİ fərqində olmur ki, bu yaşananlar
zamanında tayı-barabəri olmayacaq bir agent doğurur, soyuq
müharibənin ən gizli üzü, casus savaşlarının vazkeçilməz kilid
adamı, özbək millətçiliyinin, türkçülüyün ən xas ideoloqu, minlərlə
əks-kəşfiyyat, kəşfiyyat, diversiya aktlarının müəllifi, dünyanın
ən böyük ölkəsinə qafa tutanı…

Stalini, Hitleri, Ruzvelti, KQB-ni, Mİ6-nı, CİA-nı
barmağında dolayacaq X

“İndi oxuyacağınız fövqəladə casusun birnəfəsə oxuyub
bitirəcəyiniz həyat hekayəsi deyil. Bu həm də Qızıl orduda
başlayıb, faşistlərlə çiyin-çiyinə vuruşan, nəhayət Amrikan
kəşfiyyat oqranı CİA –da başa çatan 50 illik macəra deyil. Bu, həm
də türkçü və islamçı cərəyanların dünyadakı güclər tərəfindən necə
alət olaraq istifadə edilməsidir”.

Bu sözləri 98 yaşında Türkiyədə dünyaya göz yuman Nazar haqda
məşhur türk araşdırmaçısı Murad Yetkin yazıb.

Amma o da təəssüf edir ki, dünyada soyuq müharibədən qalan
sonuncu mogikan da getdi. Sadəcə izsiz, məhdud informasiya ilə bizə
dövrün qalmaqallarını qəzetlərdə oxuyacağımız qədər imkan
verdi.

1954-cu ilin Məkkəsi, bir Həcc ziyarəti
günü.

SSRİ-də Stalin vəfat etmişdi. Dəmir pərdənin yırtıqlarından
düşən işıq şüaları mənzərənin qorxunc və kabus dolu olduğunu
göstərirdi.

Xruşşovun dünyada müsbət imic qazanmaq naminə vitrinə çıxartdığı
təbliğat maşını elan edir ki, SSRİ ərazisində Həccə getmək
istəyənlərə icazə verilir.

Moskvadan 21 hacı namizədi, hamısı da kommunist, Məkkəyə getmək
üçün yola çıxır. Uzun məsafə, Səudiyyəyə varanda, avtobusa daha iki
türk – qıyıqgöz özbək də minir. Bir an sonra bu iki şəxs
avtobusdakıların üstünə yüyürür ki, siz hacı deyilsiniz, sovet
casuslarısınız.

Çürük pomidorlarla, təhqiramiz şüarlarla onları Məkkəyə qədər
müşayiət edən ikilinin əsas məqsədi baş tutur: SSRİ-ni rüsvay edən
təbliğat maşını ustalıqla işini görə bilir.

Təkcə “Taym” qəzeti bununla bağlı 250 min yazı dərc edir,
hamısında da məzmun eyni idi: SSRİ-dən gələn hacı namizədləri
mövcud rejimə üsyan edir, geri dönməmək üçün çalışırlar.

Bu böyük müharibə savaşının müəllifi, ssenaristi və hətta
icraedicisi Nazar özü idi. Baş roldakı Oskarlıq oyunu SSRİ-ni rəzil
duruma salmış və o bir daha müstəqil Türküstan qurmaq üçün Stalin,
Hitler, Çörçil, Ruzvelt arasında oynamaq məcburiyyətində
qalmışdı.

Hörümçək toru kimi atdığı ilmələr kimlərə gedib çıxmırdı
ki…

Alparslan Türkeş, Məhəmmədəmin Rəsulzadə və s…

1941-ci ildə müharibəyə topçu kimi alınan Ruzi Nazar Ukrayna
cəbhəsində savaşarkən bir qızla tanış olur. Rus düşmənçiliyinə
yuvarlanmış ukrayna millətçilərindən birininin qızına vurulur.
Besarabiyada yaralanan Ruzini qaynatası müalicəyə götürür,
sağaldıqdan sonra isə şəxsən özü almanlara təqdim edir:

İlk dəfə faşistlərin etnik azlıqlardan legion qurduğunu da burda
öyrənir.

Bu legionların əli ilə arxa cəbhə açmaq və SRRİ-ni içindən
parçalamaq niyyəti əsas idi.

Türküstan legionunun plan müəllifi və cavabdehi Reyinxard Gehlen
Qafqaz və Orta Asiya üzrə strateq idi.

Bu hadisələrin gedişində Türkiyənin Almaniyadakı səfiri Xosrov
Geredenin Alman xarici işlər nazirinin məsləhətçisi Ernst Von
Veizsakerlə görüşləri mühüm səciyyə daşıyırdı.

Bu ikilinin görüşü nəticəsində alnanlara əsir düşən minlərlə
azərbaycanlı lülənin ucundan qurtuldu və yaşamağa davam edə
bildi.

Səfir Xosrov Gerede Kazım Qarabəkir Paşa ilə Naxçıvanda və Nuru
Paşa ilə Gəncədə, Bakıda olmuş vahid türk dünyası ideyasının
tərəfdarlarından idi.

Səfir Veizsakerin yardımı ilə 20 avqust 1941-ci ildə Prusiya
cəbhəsinin qərargahında Ribbentropla görüşür.

Görüş haqda xatirələrində yazırdı: Alman dostlarıma əsir düşmüş
türk kökənli hərbçilərin sağ qalmasını təklif etdim, əvəzində
onlardan kəşfiyyatda istifadə etmək olardı. Daha sonra izah etdim
ki, Avropaya sığınmış məşhur türk kökənli siyasətçiləri Almaniyaya
çağırıb bu əsirlərlə görüşdürmək lazımdır.

Xüsusilə bu adamların üzərindən təbliğatın qurulmasında israr
etdim: Kırımlı Cəfər Bəy və 1918-20-ci illərdə Azərbaycan
Demokratik Cumhuriyyətinin qurucusu olmuş Rəsulzadənin…

(Bu diplomatik trafikdə görünməyən üzün əsas siması
Nazar idi).

Bu haqda Türkiyəyə gedib baş nazirdən belə xahiş etdim ki,
onların Berlinə aparılmasını təmin etsinlər.

Bu addım nəticəsində minlərlə türk ölümdən qurtula bildi.

Dövlət tərəfindən Türkiyə Almaniyada səfir Gere vasitəsilə, özəl
olaraq isə Bakı fatehi Nuru paşa ilə təmsil olunmağa başladı.

Nuru paşa Qafqazın idarə olunması və fəthi ilə bağlı öz
layihəsini təqdim etdi:

Türkiyə tərəfsiz oduğundan Almaniya tərəfindən amansız təzyiq
başladı:

İki türk hərbçisi müharibəyə qoşularsa, Türkiyə nə qazanacaq
sualı ilə Berlinə getdilər.

Səfərdən sonra məlum oldu ki, almanlar türklərə yəhudilər kimi
aşağı irq olaraq baxır və əsas da müharibədə ətdən divar örmək üçün
istifadə etməyə çalışır.

Türkiyənin isə Rəsulzadə daxil türkçü dövlət xadimlərindən
istədiyi Kırım və türk ölkələrinin azadlığı naminə fəaliyyət
göstərmək idi.

Türk hərbçilərinin Berlindəki məlum görüşlərindən sonra
Azərbaycançı milli fikir tərəfdarları da parçalanır: Bi qismi
nasistlərlə əməkdaşlığa gedir, digəri (Rəsulzadə daxil olan kəsim)
Berlindən çıxarılır.

Bu haqda 1954-cü ildə Münhendə çap edilən Azərbaycan qəzetində
qeyd edilir ki, almanlarla razılığa gəlməyən türk kökənlilər və
əsirlər amansızlıqla edam edilir.

Razılığa gələnlər arasında yer alan Ruzi Nazar Rəsulzadədən tam
dəstək ala bilmir, bu proseslər gedən vaxtda gücün yanında yer alan
Nazar artıq alman hərbi forması geyib, leytenant rütbəsi
almışdı.

Ən sirli türkün Türküstan davası

2010-cu ildə son dəfə Murad Yetkinə keçdiyi ömür yolu
haqda qısaca belə demişdi: Komminist olmadım, nasist heç olmadım,
CİA ilə də bir şeyə görə əməkdaşlıq etdim, mənim davam Türküstan
idi.

Bu sırada Almaniya uduzmuş, alman kəşfiyyat şeflərindən olan
Reynxard Gehlen 4 min agent ünvanı ilə ABŞ-a qaçmış, CİA-nın
təməlini atmış – İşbirliyi üçün Rəsulzadəyə, Nazara dəvət göndərmiş
– Çəkdirdiyi yeganə şəkildə də Bakını arxa fona salmışdı. Hədəf
dəqiq idi, soyuq müharibə gedişində Xəzər dənizi, İran, İraq və
Azərbaycanı ələ keçirmək.

Savaş Ruzini Münhenin kiçik bir qəsəbəsində yaxaladı, o sırada
bu qıyıqgöz, şirindil və xüsusi istedada malik Nazar ABŞ
komandirlərindən birinin qızı – Lindanın ürəyini ovlaya bilir.

ABŞ-la həyatını bağlayan Ruzi Nazar üçün Ruzveltin qohumu
Arçibald yeni bir təklif verir:

CİA üçün 1951-ci ildən işləməyə başlayır.

CİA-nın İran şefi olan Arçibaldın başqa bir qohumu Kermit
Nazarın xüsusi təklifləri ilə İranın baş naziri Müsəddiqi
devirir.

Ruzi Nazar bu hadisədən düz bir il sonra Məkkə etirazı ilə
dünyanı ayağa qaldıracaqdı.

Bu müddətdə, Marşall yardımı ilə Türkiyə və Yunanıstan Qərb
cəbhəsinə keçmiş, SSRİ-yə qarşı xüsusi ideoloji savaş vasitəsi
rolunu oynayan Azad Avropa və Azadlıq Radioları fəaliyyətə
başlamışdı.

Azadlığın ilk uzun dalğadakı verilişi Qafqaz üzrə Azərbaycan
dilində efirə çıxdı. CİA Azərbaycanın məşhurlarını burda Nazarın
əli ilə işə dəvət etsə də, Məhəmməd Kəngdərli və ətrafı Ankara üçün
çalışmaq yolunu seçdi. Berlində parçlanan Azərbaycan diasporunun
əsas hissəsi Rəsulzadənin ətrafında yer almışdı.

Bu müddətdə Nazar əlavə olaraq başqa bir özbək
Bəymirzə Hayıt ilə Azadlığın özbəkcəsini – Azatlıq radiosunu
açdı.

Vaşinqtona görəvə aparılan Ruzi Nazar Türkiyədən olan türkçülər
və turançılarla görüşür.

Minbaşı Alparslan Türkeşlə də NATO –nun tədbirlərində tanış
olur.

Türkiyənin önəmi artıqca Nazar da karyerasımda irəliləyir və
1959-cu ildə CİA-nın Türkiyə sektorunda məxfi tapşırıq alır.

Uzun illər sonra özü bu haqda demişdi ki, əsas vəzifəsi İran –
Turan ərazisində CİA-nın maraqlarını təmin etmək imiş.

1960-cı il Türkiyədə hökumət çevirilişində əli olanlar edam
masasına qaldırılır. Yaxın dostunun başına edam ipinin
keçirildiyini görən Ruzi Nazar prezident Cemal Gürselə təzyiq
edərək Alparslan Türkeşin adını siyahıdan çıxarda bilir.

Türkiyədə daha bir çevrilişində Nazarın ismi keçir: 1971-ci il12
mart.

Bu qədər hadisə çoxluğunda Nazar bir də Hindistanda Rusiya
əlehinə fəaliyyət göstərən Maoçularla əlaqə qurur və ordan da
düyməyə basır. Bu proseslərin sonunda SRRİ- Çin arasında Damansk
savaşı yaşanır.

Türkiyədə nüvəbaşlıqlı Yupiter silahları qoyaraq birbaşa
Moskvanı hədəfə alan ABŞ-ı SSRİ gözlənilmədən Kubadakı silahları
ilə qorxuya salır və dünya Karib böhranına səhnə olur.

11 İl Türkiyədə işləyən Ruzi Nazar hər zaman baş oyunçu idi.

Onun şirin dili, hər cür vəziyyətdən çıxış yolu tapmaq
bacarığını bir az sonra Türkiyədə güclənən solçulara qarşı
millətçiləri təşkilatlandırmağa nail olmağa belə yetdi.

Bu adam o qədər rasional idi ki, Balkanlardan Türkiyəyə qaçan
mühacirləri yığıb Yuqoslaviyaya qarşı kamplar qurdu.

Türkiyə seriyası başa çatmış, Nazar siyasətçi, politioloq kimi
Almaniyada və yaxud başqa ölkələrdə çıxış edir, bu vaxtlar artıq
CİA millətçi nəzəriyyədən imtina etmiş və SRRİ-yə qarşı dini cəhəti
qabartmağa başlamışdı.

Bu proseslərin mərkəzi isə birbaşa Polşa
seçildi.

1978-ci ildə polyak kardinal Jozef Papa II Pavel adıyla papa
seçildi. Bu addım katolikləri gücləndirməklə yanaşı, SSRİ-nin
müttəfiqləri ilə Polşanın paytaxtında qurduğu Varşa Paktının
təməllərini darmadağın etdi.

İkili hücumun bir ucu – İslamçıların əli ilə Əfqanıstandan,
Polşanın əli ilə isə Şərqi Avropadan SSRİ-yə qarşı dini müharibə
elan etdilər.

Əslində Ruzi Nazar və tərəfdaşları bu prosesi sünni
Əfqanıstandan yox, Şah İranından başlayacaqlardı.

Amma İrandan şiə inqilabı planları pozdu.

“Qasırğa Hərəkatı”ına başlayan CİA Ruzi Nazarın əli ilə
nələri bacara bildi?

Members of an Afghan
Mujahideen group with a Kalashnikov assault rifle and an RPG-7
grenade launcher on the Jalalabad road during an advance on Kabul,
Afghanistan, 23rd June 1988. (Photo by David Stewart-Smith/Getty
Images)

tün ömrünü SSRİ ilə mübarizəyə həsr
etmiş Ruzi Nazar sonunda istəyinə nail ola bilmişdi, çox sonralar,
SSRİ dağılıqdan sonra üzə çıxan sənədlər şokedici idi.

Ruzi Nazar Orta Asiyanın islamçı tayfa başçılarını Rusiya
əlehinə çıxarda bilmiş, Hikmətyar ilə CİA-nın əlaqəsini təmin etmiş
və Əfqan savaşında əsir düşən bütün sovet müsəlman əsgərlərini
(azərbaycanlıların sayı da çoxdur) xilas etmişdi.

Bu arada 11 gün ərzində saxta vəsiqə ilə İrandakı Kanada
səfirliyinə gəlmiş və ABŞ səfirliyində girov götürülmüş 60 amerikan
diplomatının azad edilməsində iştirak etmişdi.

Bir sözlə, qıyqgöz türkçü sonda SRRİ-ni məğlub edə bilmişdi,
onun Fərqanəsi, Özbəkistanı isə azad edilmişdi.

P.S.

Sonralar onunla görüşəndə dedi ki, nə cib telefonu var, nə də
email adresi. Çünki Nazara görə bunlar təhlükəlidir. Bu yaşlı qurd
o qədər həssas idi ki, Özbəkistanla bir görüşü təyin etmək üçün üç
aylıq zaman itkisinə razı idi.

O, soyuq savaş dövrünün sonuncu agenti, casusu idi. Haqqında
kimsəni kitab yazamağa qoymadı. Çünki qızı Zülfiyyənin onun haqda
kitab yazmasını istəmişdi. O da olmadı, amma bir şeyi dəqiq bilirik
ki, məşhur Amerika detektiv yazarı – “Ağıl oyunları” filminin
romanını yazan Silvia Nasar Zülfiyyə Nazarın özüdür.

Nazar 30 aprel 2015-ci ildə Antaliyanın Side qəsəbəsində vəfat
etdi.

Ə.Əlibəyli / a24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp