DSX-nin hərbi qulluqçularının forması və fərqləndirmə nişanlarının təsvirləri dəyişir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının
geyim forması və fərqləndirmə nişanlarının təsvirləri
dəyişir.

Publika.az xəbər verir ki, bu, Prezident İlham
Əliyevin martın 6-da imzaladığı “Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və
fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi
geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il
14 yanvar tarixli 15 nömrəli fərmanında dəyişiklik edilməsi
haqqında fərmanda öz əksini tapıb.

Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14
yanvar tarixli 15 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi
geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin şəkilaltı
yazılarında “SGGD” abreviaturası “SM” abreviaturası ilə əvəz
edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp