Dövlət qulluğu test imtahanına qeydiyyat başladı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Martın 31-də dövlət qulluğunda inzibati vəzifələrin A
növünə aid AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test
imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən
məlumata görə, kompüter vasitəsilə aparılacaq imtahanın qeydiyyat
martın 6-da başlayacaq, martın 30-du saat 10:00-da yekunlaşır.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında
“Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul
hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə
buradan
tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait
daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat
www.payment.dim.gov.azsaytında
verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və
hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak
etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul
üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat”
xidməti
vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan
keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri
qaytarılmır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun”
dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd
haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı
aparılmır.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara
daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın
qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri
üzrə bir neçə sertifikat ala bilər.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik
olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin
altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun
olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan
edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd
qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının
ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin
tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə
bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp